Home » Mərkəzi Bankın nümayəndə heyəti DB və BVF-nin İllik Toplantılarında iştirak üçün ABŞ-yə işgüzar səfərə yola düşüb

Mərkəzi Bankın nümayəndə heyəti DB və BVF-nin İllik Toplantılarında iştirak üçün ABŞ-yə işgüzar səfərə yola düşüb

by ulviyya
0 comment 1 views 1 minutes read

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.

Səfər çərçivəsində nümayəndə heyətinin Vaşinqton şəhərində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirakı, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən İllik Toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Keçirilən görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.