Home » “Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

by anar
0 comments 2 views 2 minutes read

Oktyabrın 24-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri, üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sözügedən işçi qrupun ilkin iclası oktyabrın 8-də keçirilib, lakin müzakirə edilən məsələlərin çox olması səbəbindən iclasın davamının oktyabrın 24-də keçirilməsi qərara alınıb.

İclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun cari il ərzində fəaliyyəti, eyni zamanda 26 sentyabr tarixində dərc edilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri ətraflı şəkildə təhlil edilib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, oktyabrın 8-də keçirilən iclasda İndeksin 3-cü, 4-cü və 5-ci alt indikatorları ətraflı təhlil edilib, müvafiq qərarlar qəbul edilib, artıq bir çox qərarların icrasına da başlanılıb.

Həmçinin qeyd olunub ki, bugünkü iclasda isə İndeksin 6-cı və 7-ci alt indikatorları təhlil edilib, onların hesablama metodologiyası araşdırılıb. Bu göstəricilər üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Eyni zamanda nazir müavini əlavə edib ki, növbəti illərdə İndeksdə yuxarı yerlərdə qərarlaşmağımız üçün indidən zəruri addımlar atılmalı, növbəti ilin Fəaliyyət Planı hazırlanarkən birbaşa alt indikatora müsbət təsir göstərən tədbirlər əsas götürülməlidir.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüş işlərin hesabatları və növbəti rüb qarşıya qoyulmuş hədəflər, həmçinin “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorları müzakirə edilib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.