Home » Bu ilin yanvar-oktyabr ayları ərzində 306.456 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-oktyabr ayları ərzində 306.456 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

by anar
0 comments 0 views 1 minutes read
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 306.456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 51.502-si (16,8%) ilkin, 254.954-ü isə (83,2%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində – 51.582, mənzil üzərində – 70.691, torpaq sahəsi – 173.315, qeyri-yaşayış binası – 2.855, qeyri-yaşayış sahəsi – 7.277, əmlak kompleksi – 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81.250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-oktyabr ayları ərzində 231.384 texniki pasport tərtib edilib, 62.671 ipoteka müqaviləsi qeydiyyata alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.