Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (Xidmət) daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşmüşdür. Belə ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilmişdir. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilmişdir. Sözügedən hədəflərin 7790-ı Azərbaycan Respublikasına məxsus kompüterlər olmuşdur. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olmuşdur. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilmişdir.
Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olmuşdur.
Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.
Xidmət 135 ölkədə 270 741 kompüteri yoluxduran kiberqruplaşmanı ifşa etdi
0