Home » Azərbaycan mikromaliyyəçilərinin I yarımildəki fəaliyyətinin nəticələri müzakirə olunub

Azərbaycan mikromaliyyəçilərinin I yarımildəki fəaliyyətinin nəticələri müzakirə olunub

by yunus
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyi və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.

BBN.az AMB-yə istinadən xəbər verir ki, görüşdə bu ilin I yarısında bank olmayan kredit təşkilatlarının fəaliyyətinin nəticələri, bu sahədə əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri geniş müzakirə olunub.

Alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində AMB-nin yeni maliyyə alətlərindən istifadə və dövlət fondları ilə əməkdaşlıq perspektivləri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət potensialları və real sektorun maliyyələşdirilməsinin zəruriliyi, institusional potensialın gücləndirilməsi ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, həmçinin növbəti dövrdə birgə görüləcək işlər müəyyən edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.