
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edib.
Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin, dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq”, – Mikayıl Cabbarov qeyd edib.
Mənbə: Report.az







