
Azərbaycan hökuməti 2026-cı ildə ölkədə illik inflyasiyanın 4,8 % olacağını proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
BBN.az xəbər verir ki, proqnoz İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb və faktiki inflyasiya səviyyəsi, dünya bazarlarında əmtəə, o cümlədən ərzaq qiymətlərinin azalması, idxal qiymətlərinə təsir, məzənnənin sabit qalması və tənzimlənən tariflərdə dəyişikliklər kimi amillər nəzərə alınıb. Nazirlik həmçinin 2025-ci ildə illik inflyasiyanın 5,4 % təşkil edəcəyini gözləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–avqust aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, avqustda isə illik müqayisədə 4,9 %, iyula nisbətən isə 0,4 % artıb.







