
BBN xəbər verir ki, bu ilin ilk dövründə xaricdən Azərbaycana köçürülmüş pul baratlarının həcmi 533,9 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə bildirib ki, pul baratlarının daxil olduğu ilk üç ölkə Rusiya (214 milyon dollar), Türkiyə (87,8 milyon dollar) və ABŞ (52,1 milyon dollar) olub.
O, həmçinin əlavə edib ki, eyni dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi 238,2 milyon dollar təşkil edib. Burada da Türkiyə (68 milyon dollar), ABŞ (40 milyon dollar) və Rusiya (22,1 milyon dollar) üstünlük təşkil edib.




