
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də onların arasından olan şəxslərə 2 600 manat məbləğində birdəfəlik müavinət veriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərara əsasən, bu kateqoriyaya aid uşaqlar və şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikdə, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına onlara birdəfəlik müavinət ödəniləcək.
Müavinət “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişikliklərin tətbiqi və bununla bağlı məsələlərin tənzimlənməsi barədə Prezidentin 2025-ci il 1 aprel tarixli Fərmanına uyğun olaraq həyata keçiriləcək.






