Home » İqtisadiyyat naziri: “Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-ə çatacaq”

İqtisadiyyat naziri: “Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-ə çatacaq”

by Zeyneb
0 comments 3 views 1 minutes read

Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 %-ə çatacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda deyib.

Nazir qeyd edib ki, ötən il ölkədə 126,3 milyard manatlıq ÜDM istehsal olunub, bunun 67,85 %-i və ya 85,7 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb.

M.Cabbarovun sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyəti getdikcə artır:
“İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 % artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq”.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.