
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2026-cı ilin 15-18 sentyabr tarixlərində keçiriləcək “Worldfood Moscow 2026” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 21 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi.
Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİFMN məhsul kodlarına daxil olan qida məhsulları üzrə həyata keçiriləcək.
| XİFMN üzrə məhsulun kodu | Məhsulun adı |
| 0210 | Ət və qidaya yararlı ət əlavələri, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş; ətdən və ya ət əlavələrindən qida üçün yararlı olan qaba və narın üyüdülmüş un |
| 04 | Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olmayan heyvan mənşəli ərzaq məhsulları |
| 07 | Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
| 08 | Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
| 09 | Qəhvə, çay, mate və ya Paraqvay çayı və ədviyyatlar |
| 10 | Dənli bitkilər |
| 12 | Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem |
| 15 | Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar |
| 16 | Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar |
| 17 | Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
| 18 | Kakao və ondan hazırlanan məhsullar |
| 19 | Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları |
| 20 | Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
| 21 | Müxtəlif ərzaq məhsulları |
| 22 | Alkoqollu və alkoqolsuz içkilər və sirkə |
| 24 | Tütün və tütün sənaye əvəzediciləri |
| 3919 | Plastik kütlədən plitələr, təbəqələr, plyonkalar, folqalar, lentlər, zolaqlar və digər yastı formalar, özüyapışan, rulonlarda olan və ya olmayan |
| 4823 | Forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 17 iyul 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 3 iyul 2026-cı il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 598-01-47/48 (daxili – 3665);
Mob: (+994 55) 438-58-32.
E-mail: orkhan.mustafayev@azpromo.gov.az;
Orxan Mustafayev – AZPROMO-nun İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi.




