
ABŞ-da faiz endirimi gözləntilərinin artması və dolların zəifləməsi fonunda qızıl bazarında yüksəliş davam edir.
BBN.az xəbər verir ki, bazar ertəsi spot qızılın qiyməti 0,3% artaraq ununsa 4 241,27 dollar olub və bu, son altı həftənin ən yüksək səviyyəsidir.
Fevral fyuçersləri də 0,5% bahalaşaraq 4 274,80 dollar səviyyəsində bağlanıb.
Eyni zamanda gümüş bazarında tarixi rekord qeydə alınıb — qiymət 58,83 dollar/uns səviyyəsinə yüksələrək bütün zamanların maksimumunu yeniləyib.
Analitiklər bildirirlər ki, həm qızıl, həm də gümüş qiymətləri hazırda yanal-yuxarı trend (sideways-to-uptrend) içindədir və ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauellin gün ərzində gözlənilən çıxışı bazarda əlavə hərəkət yarada bilər.




