0

2026-cı ildə Azərbaycan banklarının mənfəəti müəyyən qədər zəifləsə də, ümumi gəlirlilik yüksək olaraq qalacaq.
BBN.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Hesabata görə, bankların qazancını geniş faiz marjaları dəstəkləyir. 2025-ci ilin 9 ayının sonunda marja 6,5% təşkil edib. Lakin 2026-cı ildə müddətli depozitlərin payının artması səbəbindən bu göstəricinin təxminən 50 baza bəndi azalacağı gözlənilir.






