Home » KOBİA-nın 8 İllik Hesabatı: Azərbaycanda Kiçik və Orta Biznes 2,2 Mln Manat Qrant və Minlərlə Təlimlə Dəstəklənib

KOBİA-nın 8 İllik Hesabatı: Azərbaycanda Kiçik və Orta Biznes 2,2 Mln Manat Qrant və Minlərlə Təlimlə Dəstəklənib

by Zeyneb
0 comments 1 views 2 minutes read

Son 8 ildə Azərbaycanda kiçik və orta biznes subyektlərinin (KOB) təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinə 2,2 milyon manat qrant ayrılıb.

Bu barədə “Report” KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaranmasının 8 ili münasibəti ilə açıqladığı hesabatda bildirilib.

Məlumata görə, sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılmasına olan ehtiyac nəzərə alınaraq, bu istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz 10 000-ə qədər məsləhət xidməti göstərilib, 64 800 sahibkara 5 200 təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılan KOB Model Müəssisə praktik təlimləri ilə sahibkarlar səmərəli idarəetmə üsullarını öyrənib. 180 təlim videosu, təlim materialları və özünüqiymətləndirmə testlərindən ibarət video təlim platformasından 2 200-dən artıq sahibkar faydalanıb.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad olunmuş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara xidmət edən 48 KOB dostu fəaliyyət göstərir. Bu şəbəkə sahibkarların dövlət və özəl qurumlarla əlaqələrini gücləndirir, çətinliklərin operativ həllinə kömək edir.

KOBİA, həmçinin 22 500-dən çox sahibkarın iştirakı ilə 700-dək sahəvi görüş, 50-yə yaxın ictimai müzakirə və 20 000-dək sahibkarın iştirakı ilə sorğular keçirərək onların problemlərini öyrənib və həllinə dəstək verib.

Agentlik KOB-ların hüquqlarının müdafiəsi istiqamətində xeyli iş görüb və beynəlxalq ISO sertifikatı əldə edib. Rəqəmsallaşma sahəsində e-KOB portalı beta versiyada istifadəyə verilib və yaxın zamanda tam fəaliyyətə başlayacaq.

Sosial layihələr çərçivəsində isə qazi və şəhid ailələrinə, gənclərə, qadın sahibkarlara və startapçılara dəstək göstərilib. Peşə təlimləri və işlə təminat da təmin olunub, 850 gənc isə könüllü kimi fəaliyyət göstərib.

KOBİA-nın təşəbbüsü ilə 2022-ci ildən “Dayaq” mükafatı təqdim edilir. Eyni zamanda, 34 ölkənin qurumları və 27 yerli və beynəlxalq təşkilatla 122 əməkdaşlıq memorandumu imzalanıb, 6 birgə biznes şurası yaradılıb, 15-dən çox beynəlxalq tədbir keçirilib.

COP29 çərçivəsində KOBİA-nın “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi” layihəsinə 30-dan çox tərəfdaş qoşulub.

Nəticədə, 2018-2024-cü illərdə KOB-ların sayı 74 %-ə yaxın artaraq 424 000-dən çox olub. KOB-ların yaratdığı əlavə dəyər 9,8 milyard manatdan 21,1 milyard manata çatıb, işçi sayı 417 800-ə yüksəlib, dövriyyəsi 48 milyard manat təşkil edib ki, bu da qeyri-neft dövriyyəsinin 37,4 %-ni əhatə edir.

Qeyd edək ki, KOBİA Azərbaycan Prezidentinin 2017-ci il 28 dekabr fərmanı ilə yaradılıb və 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.