Home » Azərbaycan və Çin arasında sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb.

Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi, eləcə də sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.

Tərəflər metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər. Həmçinin müasir texnologiyaların və innovativ həllərin tətbiqi, nou-haunun cəlb edilməsi və bu istiqamətlərdə təcrübə mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.