Home » AMB banklara Bazel III standartlarına uyğunlaşmaq üçün 1 il vaxt verdi

AMB banklara Bazel III standartlarına uyğunlaşmaq üçün 1 il vaxt verdi

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara kapital strukturunu Bazel III beynəlxalq standartlarına uyğunlaşdırmaq məqsədilə 1 illik keçid dövrü təqdim edib.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin ötən il dekabrın 16-da qəbul etdiyi qərarla “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Sözügedən addım “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədi daşıyır.

Dəyişikliklər bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri, eləcə də bir sıra digər prudensial tələblərin Bazel III standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

Yeni kapital buferlərinin tətbiqi bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla yanaşı, risklərin daha düzgün qiymətləndirilməsinə, kapitalın keyfiyyətinin yüksəldilməsinə və iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsinə əlavə dəstək verəcək.

AMB-nin açıqlamasına görə, kapital tələblərinin Bazel III standartlarına uyğunlaşdırılması prosesi prudensial siyasətin və nəzarət mexanizmlərinin güclənməsini təmin etməklə yanaşı, bank sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyini də artıracaq.

Yeni kapital strukturuna uyğunlaşma, bankdaxili qayda və prosedurların yenilənməsi, zəruri təlimlərin təşkili və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib. Yeni tələblərə 1 yanvar 2027-ci ildən tam riayət olunması məcburi olacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.