Home » Mərkəzi Bank üç bankın vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib

Mərkəzi Bank üç bankın vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib

by Zeyneb
0 comments 26 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən üç kommersiya bankının vəzifəli şəxsi barəsində inzibati tədbir tətbiq edib.

BBBN.az AMB-yə istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr ayında “Unibank” KB ASC tərəfindən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi qaydalarının tələbləri pozulub. “Banklar haqqında” Qanunun 47-ci maddəsi rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

Eyni əsasla “Yelo Bank” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “Turanbank” ASC-nin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimələnib.

Tənzimləyici qurumdan bildirilib ki, hesabatlıq forması üzrə yol verilmiş pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.