Home » “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

by anar
0 comments 0 views 1 minutes read

Ölkəmizin milli dağ-mədən şirkəti “AzerGold” QSC-nin Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələri ilk dəfə olaraq Berlin şəhərində keçirilən Ümumdünya Pul (Sikkə) Sərgisində nümayiş etdirilib.

3 günlük sərgi çərçivəsində təxminən 50 ölkədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib.

Sərgi müddətində “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş, “Smartminting” texnologiyası əsasında üçölçülü formatda hazırlanmış “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə, Azərbaycanın tarixi Zəfərinin 5-ci ildönümünə ithaf olunan “Zəfər” sikkəsi və “Qarabağ” kolleksiyasına aid qiymətli məhsullar, eləcə də ölkəmizin müasirliyini, tarixini, incəsənətini və qədim ənənələrini təbliğ edən digər sikkələr barədə ziyarətçilərə ətraflı məlumat verilib.

Azərbaycanın füsunkar təbiətini, nadir növlərin qorunması ideyasını və qabaqcıl istehsal texnologiyalarını özündə birləşdirən numizmatika layihəsi çərçivəsində hazırlanmış yeni nəsil gümüş sikkə kolleksiyası sərgi iştirakçılarının xüsusi diqqətini cəlb edib.

Eyni zamanda, sərgi çərçivəsində Avropa şirkətləri ilə potensial tərəfdaşlıq imkanlarının müzakirəsi məqsədilə bir sıra işgüzar görüşlər keçirilib.

Xatırladaq ki, qiymətlilərin istehsalı üzrə qlobal trendlərin yaxından izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyan Ümumdünya Pul Sərgisi ilk dəfə 1972-ci ildə İsveçrənin Bazel şəhərində “Beynəlxalq sikkə mübadiləsi sərgisi” adı altında fəaliyyətə başlayıb. 2006-cı ildən etibarən Almaniyanın Berlin şəhərində təşkil olunan bu beynəlxalq tədbir bu gün bütün qitələrdən kolleksiyaçıları, dilerləri, texniki mütəxəssisləri və zərbxanaları bir araya gətirən qlobal miqyaslı nüfuzlu platforma kimi tanınır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.