Home » “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi 2025-ci ili mənfəətlə başa vurub

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi 2025-ci ili mənfəətlə başa vurub

by Zeyneb
0 comments 0 views 1 minutes read

BBN.az “Report”a istinadən xəbər verir ki, PAŞA Yatırım Bankası 2025-ci ili 638,443 milyon lirə (25,538 milyon manat) xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü illə müqayisədə 37,9 % çoxdur.

Maliyyə hesabatına əsasən, ötən il Bankın vergiyəqədərki mənfəəti 476,192 milyon lirə (19,048 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 3,2 % azdır. Mənfəət vergisi ödəmələri üzrə qənaət isə 162,251 milyon lirə (6,49 milyon manat) olub. Qeyd edək ki, əvvəlki ildə Bank vergi ödəyib.

Bu il yanvarın 1-nə Bankın aktivləri 14 milyard 809,401 milyon lirə (592,376 milyon manat) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur. Aktivlərin 7 milyard 177,954 milyon lirəsi (287,118 milyon manat) müştərilərə verilmiş xalis kreditlərin payına düşüb. Son 1 ildə kredit portfeli 23,6 % artıb.

Hesabat dövründə PAŞA Yatırım Bankasının öhdəlikləri 11,5 % artaraq 12 milyard 419,175 milyon lirəyə (496,767 milyon manat), balans kapitalı isə 34,6 % artaraq 2 milyard 390,226 milyon lirəyə (95,609 milyon manat) çatıb.

Xatırladaq ki, PAŞA Yatırım Bankası 2015-ci ildə PAŞA Bankın Türkiyənin Aksoy Holdinqinə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Bankın nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Səhmlərin 71,75 %-i daxil olduğu PAŞA Holdinq MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.

Qeyd edək ki, 1 lirə 0,04 manata bərabərdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.