Home » “Fitch” ABŞ-də büdcə kəsiri ilə bağlı xəbərdarlıq edib

“Fitch” ABŞ-də büdcə kəsiri ilə bağlı xəbərdarlıq edib

by yunus
0 comments 0 views 1 minutes read

“Fitch” ABŞ-də büdcə kəsirinin yüksək olaraq qalacağını bildirib.

 BBN.az xəbər verir ki, Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” bildirib ki, ABŞ hökumətinin son bağlanması qismən olsa da, siyasi qütbləşmənin və mürəkkəb büdcə prosesinin maliyyə siyasətinin hazırlanmasına mane olduğunu və ölkədə büdcə kəsirinin yüksək səviyyədə qalacağı gözlənildiyini ortaya qoyub.

Fitch-in açıqlamasında xatırladılıb ki, Konqresin Daxili Təhlükəsizlik Departamentinin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməməsi qismən bağlanmaya səbəb olub.

ABŞ-ın “AA+” kredit reytinqi və “sabit” proqnozu son iyirmi ildə idarəetmədə, xüsusən də maliyyə məsələlərində davamlı pisləşməni əks etdirir və ölkə tarixində ən uzun müddətli hökumət bağlanmasının (43 gün) bitməsindən cəmi üç ay sonra baş verən daha bir bağlanma qütbləşmə dərəcəsini və maliyyə məsələləri üzrə ikitərəfli razılaşmanın əldə edilməsinin çətinliyini nümayiş etdirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.