0

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 80,1 milyon manat xalis mənfəət əldə edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.
Ötən ay bankların əməliyyat gəlirləri 587,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8 % çox), əməliyyat xərcləri 423,3 milyon manat (7 % çox), xüsusi ehtiyatlara ayırmaları 51,3 milyon manat (4,5 % az), digər gəlirləri 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 32,5 milyon manat (37,1 % çox) təşkil edib.





