0

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin fevral ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 117.7 milyon manat təşkil edib.
BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin fevralın 1-i ilə müqayisədə 16.9 milyon manat (16.8%) çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında banklar 100.8 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat ayı ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 165.7 milyon manat olub.





