Home » Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 10 milyard manatı ötüb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 10 milyard manatı ötüb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verilib.

Məlumata görə, satılan məhsulların 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 % artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışlar 1,2 %, qeyri-ərzaq malları üzrə isə 6,5 % artım göstərib.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 14,6 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bundan başqa, xərclərin 5,8 %-i avtomobil benzini və dizel yanacağına, 4,6 %-i elektrik malları və mebellərə, 2,9 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,1 %-i isə digər qeyri-ərzaq mallarına yönəldilib.

Məlumata görə, 2 ay ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq alış-veriş edib. Bunun 267,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 224,4 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.