
“PASHA Holding” MMC-də rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.
BBN.az xəbər verir ki, Səidə Baxşıyeva Baş icraçı direktorun müavini və baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Hazırda holdinqin Baş icraçı direktoru Cəlal Qasımovdur.
Məlumata görə, Səidə Baxşıyeva 2010-cu ildən “PASHA Holding”də fəaliyyət göstərir. O, bu müddət ərzində “PASHA Construction” MMC, “Absheron Hotel Group” MMC, “Agro Diary” MMC və “Azərbaycan Supermarket” MMC (Bravo) kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, S. Baxşıyeva Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr, Qafqaz Universitetində MBA dərəcəsi alıb. O, həmçinin Cornell Universityndə turizm üzrə magistr təhsili alıb.




