Home » Leysanlardan zərər görənlərə xəbərdarlıq: Sığortası olmayan evlərə kompensasiya ödənilməyəcək

Leysanlardan zərər görənlərə xəbərdarlıq: Sığortası olmayan evlərə kompensasiya ödənilməyəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

Dünən müşahidə olunan güclü leysan yağışları bir daha göstərdi ki, təbiət hadisələrinə qarşı əvvəlcədən hazırlıqlı olmaq vacibdir. Yağış nəticəsində yaranan subasmalar həm həyət evlərinə, həm də çoxmənzilli binalardakı mənzillərə ciddi maddi ziyan vurub.

Belə hallarda sığorta şirkətləri yalnız evini əvvəlcədən sığortalamış şəxslərin zərərini qarşılayır. Sığortası olmayan vətəndaşlar isə dəyən zərəri öz hesablarına ödəməli olurlar.

Evini hələ də sığortalamayan vətəndaşların nəzərinə çatdırılır ki, Bakı şəhəri üzrə icbari ev sığortasının illik qiyməti cəmi 50 manat, regionlarda isə 30 manatdan başlayır.

Daha yüksək məbləğdə təminat əldə etmək istəyənlər üçün könüllü əmlak sığortası daha sərfəli hesab olunur. Könüllü sığorta çərçivəsində dəyən zərərə görə 150 min manata qədər ödəniş almaq mümkündür. Bu növ sığortanın illik ödənişi isə 79 manatdan başlayır.

Evinizi sığortalamaq üçün sığorta şirkətlərinin rəsmi platformaları vasitəsilə onlayn müraciət edə bilərsiniz.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.