Home » AMB və ICBC Almaty biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

AMB və ICBC Almaty biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə ICBC Almaty arasında biznes layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə olunub.

AMB sədri Taleh Kazımov “ICBC Almaty”nın Direktorlar Şurasının üzvü Çingiz Kanapyanov-un rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı kapital bazarlarının inkişaf perspektivləri, ödəniş sistemlərinin təkmilləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində Azərbaycan bankları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin bu sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.