Home » ADB Azərbaycanı dövlət satınalmalar sisteminin modernləşdirilməsi üzrə regional layihəyə daxil edib

ADB Azərbaycanı dövlət satınalmalar sisteminin modernləşdirilməsi üzrə regional layihəyə daxil edib

by yunus
0 comments 0 views 1 minutes read

Asiya İnkişaf Bankı (ADB) “Mərkəzi və Qərbi Asiya ölkələrində dövlət satınalmaları üzrə regional mühitin və institusional potensialın gücləndirilməsi” adlı yeni regional texniki yardım proqramının həyata keçirilməsinə 300 min ABŞ dolları ayırmaq niyyətindədir.

BBN.az ADB-yə istinadən xəbər verir ki, layihə regionun 10 ölkəsini – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı əhatə edir.

Bu təşəbbüsün əsas vəzifəsi milli dövlət satınalmaları mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Hazırlıq mərhələsində ADB-nin ekspertləri müvafiq dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində iştirakçı ölkələrin aktual tələblərini nəzərə alan satınalma sistemlərinin diaqnostikası və potensialının artırılmasına dair konseptual yanaşmalar hazırlayacaqlar.

Proqram OECD MAPS metodologiyası əsasında satınalma sistemlərinin hərtərəfli qiymətləndirilməsini, nəticəyönümlü kreditləşmə (RBL) çərçivəsində fidusiar mexanizmlərin təhlilini, eləcə də elektron dövlət satınalmaları (eGP) platformlarının və agent müqavilələrinin (APA) ADB-nin metodikasına uyğun olaraq auditini nəzərdə tutur. Strateji planlaşdırmaya dəstək məqsədilə ölkə və qurum səviyyəsində risklərin qiymətləndirilməsinə (CSPRA), milli sistemlərin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Dövlət satınalmaları haqqında sazişinin (GPA) müddəalarına uyğunluğunun öyrənilməsinə, habelə regional arbitraj mərkəzlərinin yenilənməsinə xüsusi əhəmiyyət veriləcək.

Bundan başqa, proqram hökumətlərin müraciəti əsasında müqavilələrin bağlanması sahəsində digər sistem səviyyəli tədqiqatların aparılmasını əhatə edir. Diaqnostik işlərin bir hissəsi rəy və təkliflərin alınması və nəticələrin yekun tədbirlərdə açıq şəkildə müzakirəsi üçün vətəndaş cəmiyyəti və biznes icmasının nümayəndələrinin fəal iştirakını zəruri edəcək.

“Bir sıra tədqiqatlar (xüsusilə MAPS metodologiyası üzrə) ictimaiyyətin iştirakını nəzərdə tutur. Biz rəy və təkliflərin alınması üçün vətəndaş cəmiyyətini və özəl sektoru cəlb etmək niyyətindəyik. Bilik mübadiləsinə həsr olunmuş yekun tədbirlər əldə edilmiş nəticələrlə bağlı açıq diskussiya üçün platforma rolunu oynayacaq”, – məlumatda qeyd olunur.

Bu günə qədər ADB Azərbaycanda təxminən 5,5 milyard ABŞ dolları dəyərində 145 layihəni maliyyələşdirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.