0

2026-cı ilin yanvar-aprel aylarında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 1 481,3 milyon manat investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünə nisbətdə bu göstərici 18,3 faiz çoxdur.
Əsas investor ölkələr:
– Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
– Türkiyə
– Rusiya
– ABŞ
– İsveçrə
– Birləşmiş Ərəb Əmirlikləri
– Yaponiya
– İran
– Macarıstan
– Fransa
– Hindistan




