0

Bu ilin yanvar-aprel aylarında ölkədən 1 milyon ABŞ dolları dəyərində 3,8 min tona yaxın neft bitumu ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,8 dəfə, həcmi isə 1,7 dəfə artıb.
Cari ilin ilk dörd ayında neft bitumunun ümumi ixracda xüsusi çəkisi 0,01 faizə bərabər olub.




