Home » Azərbaycan Banklar Assosiasiyası ilə ADFIMI görüş keçirib

Azərbaycan Banklar Assosiasiyası ilə ADFIMI görüş keçirib

by yunus
0 comments 1 views 1 minutes read

17 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov İslam İnkişaf Bankına üzv ölkələrdə fəaliyyət göstərən Milli İnkişafın Maliyyələşdirilməsi Qurumları Assosiasiyasının (ADFIMI) baş katibi İlhami Öztürk ilə görüşüb.

Görüş zamanı Yunus Abdulov Azərbaycan bank sektorunun hazırkı vəziyyəti, son illərdə əldə olunan nailiyyətlər, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən təşəbbüslər və maliyyə sektorunda aparılan islahatlar barədə məlumat verib.

Eyni zamanda, ABA-nın nəzdində yaradılmış İslami Bankçılıq Şurasının fəaliyyəti, əsas məqsədləri və ölkədə islami maliyyə alətlərinin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Tərəflər bank sektorunda mövcud tendensiyalar, islami maliyyənin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda gələcək əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.