0

Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 5 % çox – 5 milyard 56 milyon manat təşkil edib.
Bu barədə DSMF məlumat yayıb.
Hesabat dövründə Fondun xərcləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artaraq 4 milyard 811 milyon manat olub.
Məlumata görə, gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 % çox – 4 milyard 48 milyon manat təşkil edib.





