
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 521 milyon 603 min ABŞ dolları təşkil edib.
BBN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% azdır.
Hesabat dövründə Azərbaycanın ABŞ-yə ixracının dəyəri illik müqayisədə 52,5% artaraq 64 milyon 351,51 min ABŞ dollarına çatıb. ABŞ-dən Azərbaycana idxalın dəyəri isə 36,3% azalaraq 457 milyon 252,33 min ABŞ dolları olub.
Yanvar-iyul aylarında ABŞ ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,7%-ni təşkil edib. ABŞ-yə ixrac ümumi ixracın 0,3%-nə, bu ölkədən idxal isə ümumi idxalın 4,6%-nə bərabər olub.
Ümumilikdə, 7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsi illik müqayisədə 1,3% artıb.
Bu dövrdə ixracın dəyəri 19 milyard 336 milyon ABŞ dolları, idxalın dəyəri isə 9 milyard 881 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ixrac 27% artsa da, idxal 27,4% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarətində 9 milyard 455 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.





