0

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib.
Vaxtı keçmiş kreditlərin məbləği iyulun 1-i ilə müqayisədə 0,5% artıb.
Məlumata görə, problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 37,85%, son 1 ildə isə 36,6% yüksəlib.
İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1% olub. Bu göstərici iyunun sonuna da 2,1% təşkil edib.
Müqayisə üçün, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən ilin sonunda 1,6%, ötən ilin iyul ayının sonunda isə 1,7% olub.





