Home » “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazları tam yerləşdirilib

“Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazları tam yerləşdirilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Ziraat Bank Azərbaycan” ASC-nin 30 milyon manatlıq istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Hərracda 15 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar yerləşdirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd istiqraz kütləvi təklif üsulu ilə investorlara təqdim edilib. İstiqrazlara 125 investor tərəfindən ümumi məbləği 60 milyon 656,5 min manat olan 144 sifariş daxil olub.

Nəticədə istiqrazların yerləşdirilməsi tam həcmdə baş tutub.

Qiymətli kağızların tədavül müddəti 1 il, illik gəlirliliyi isə 10,5% təşkil edir. İstiqrazlar üzrə faiz ödənişləri rüblük həyata keçiriləcək.

Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin istiqrazları tədavül müddəti ərzində geri alması nəzərdə tutulmayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.