Home » Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Milli Depozit Mərkəzi (MDM) İsveçin paytaxtı Stokholmda keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına (AMDA) üzv qəbul olunub.

Bununla bağlı qərar AMDA Direktorlar Şurasının iclasında qəbul edilib.

İclasda MDM-in İdarə Heyətinin sədri Elçin Əlizadə və müşaviri Müşfiq Əhmədli iştirak ediblər. Görüş zamanı MDM-in kapital bazarındakı rolu, institusional və texnoloji inkişaf istiqamətləri, həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat keçirilib.

Qeyd edək ki, AMDA Avropanın post-ticarət və mərkəzi depozitar ekosisteminin aparıcı peşəkar platformalarından biridir. Assosiasiya 40 milli və beynəlxalq mərkəzi depozitarı birləşdirir. Onun üzvləri arasında “Euroclear”, “Clearstream”, “SIX SIS”, “Nasdaq CSD” və “Euronext Securities” kimi aparıcı maliyyə bazarı infrastrukturları yer alır.

MDM-in AMDA-ya üzvlüyü Azərbaycanın kapital bazarı infrastrukturunun Avropa maliyyə bazarlarına inteqrasiyasının genişləndirilməsi, beynəlxalq təcrübə və standartların tətbiqinin təşviqi, həmçinin aparıcı mərkəzi depozitarlarla institusional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.