Home » Dünya Bankının Azərbaycan üzrə müşaviri təyin olunub

Dünya Bankının Azərbaycan üzrə müşaviri təyin olunub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti Departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun Azərbaycan üzrə müşaviri təyin olunub.

A. Paşacanov fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə Azərbaycanı təmsil edəcək.

Onun peşəkar fəaliyyətinin əsas hissəsi AMB ilə bağlı olub. A. Paşacanov 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəisi kimi fəaliyyət göstərib.

A. Paşacanov beynəlxalq maliyyə institutları ilə də geniş əməkdaşlıq təcrübəsinə malikdir. O, fəaliyyəti dövründə IMF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq istiqamətlərində çalışıb.

Qeyd edək ki, A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-ın Michigan State Universitetində “Hubert H. Humphrey Fellowship” proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.