“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 16-19 mart tarixlərində Bilgəh qəsəbəsində keçiriləcək. Sakinlər Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 65 A (Qəsəbə nümayəndəliyinin yanı) ünvanındakı səyyar ofisə müraciət edərək xidmətlərdən istifadə edə bilər.
Səyyar qeydiyyat xidməti Bilgəh qəsəbəsindəki fərdi yaşayış evi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakları əhatə edəcək. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin qəbulu, hüquqi yardım və qeydiyyatla bağlı sualların cavablandırılması üçün vətəndaşlar saat 10:00-dan 17:00-dək mobil ofisə yaxınlaşa bilərlər. Sosial kampaniyanın keçirilməsi daşınmaz əmlakların qeydiyyatı xidmətlərinin vətəndaşlara daha rahat və əlçatan formada təqdim olunmasına yönəlib.