Home » “Tesla” gözləniləndən artıq avtomobil istehsal edib

“Tesla” gözləniləndən artıq avtomobil istehsal edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Amerikan elektrikli avtomobil istehsalçısı “Tesla” Çində və ABŞ-da yerləşən zavodlarını koronavirus pandemiyası səbəbindən bağlamağa məcbur qalsa da, 2020-ci ilin birinci rübü üzrə açıqladığı göstəricilərdə 100 mindən çox elektrikli avtomobil istehsal etdiyini göstərib. Şirkət istehsal etdiyi 102 min 672 avtomobilin 88 min 400-ünü satışa çıxarıb. “Wall Street” təxminləri isə “Tesla”nın maksimal istehsal həcminin 80 mini keçməyəcəyi yönündə idi.

Hesabatda, “Tesla”nın birinci rüb satışlarının ötən rübün rekord satış həcminə nisbətdə 21% geriləməsi müşahidə olunsa da, ötən ilin birinci rüb göstəricisinə nisbətdə 40%-lik artışa nail olunub.

Bu artımlar səhm qiymətlərinə də təsirsiz ötüşməyib. Belə ki, 2020-ci ilin ilk rübü ərzində ümumilikdə 17%-lik artım nəticəsində “Tesla” şirkətinin səhm dəyəri 455 dollar civarında qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, koronavirus səbəbindən Amerika, Asiya və Avropa qitələrində fəaliyyət göstərən əksər avtomobil istehsalçılarının satışlarında birinci rübdə kəskin azalmalar müşahidə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.