Home » Neft bazarında “Hörmüz” şoku: Qiymətlər kəskin artdı!

Neft bazarında “Hörmüz” şoku: Qiymətlər kəskin artdı!

by yunus
0 comments 0 views 1 minutes read

Dünya enerji bazarlarında gərginlik pik həddə çatıb. ABŞ-ın İrandakı hədəflərə qarşı yeni hərbi zərbələr endirməsindən dərhal sonra Tehran, strateji əhəmiyyətə malik Hürmüz boğazını bütün növ gəmilərin hərəkəti üçün bağladığını rəsmən elan edib. Bu addım qlobal enerji təchizatında yeni və təhlükəli bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

BBN.az xəbər verir ki, boğazın bağlanması xəbəri ilə dünya birjalarında neft qiymətləri sürətlə yüksəlib. “Brent” markalı neftin bir bareli 95 dollara yaxınlaşaraq 2.5%-dən çox bahalaşıb, ABŞ-ın “WTI” markalı nefti isə 93 dollar həddini ötüb. Analitiklər bildirir ki, dünya neft və qaz nəqlinin təxminən beşdə birinin keçdiyi bu marşrutun tam bloklanması qlobal tədarük zənciri üçün ciddi risklər yaradır.

Gərginliyi artıran digər bir amil ABŞ-ın enerji ehtiyatları ilə bağlı açıqlanan son rəqəmlərdir. Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ABŞ-ın neft ehtiyatları ötən həftə gözləniləndən daha çox – 7.2 milyon barel azalıb. Bu, bazarda tələbin yüksək, təklifin isə məhdud olduğu bir dövrdə ehtiyatların daha da əriməsi deməkdir. Prezident Donald Trampın “İran ağır bədəl ödəyəcək” mesajı və tərəflər arasında sülh danışıqlarının çıxılmaz vəziyyətə düşməsi, bazarlardakı “qorxu indeksini” maksimuma çatdırıb. Ekspertlər xəbərdarlıq edir ki, boğazdakı blokada davam edərsə, neftin qiyməti 110-150 dollar aralığına qədər yüksələ bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.