Home » Böyük Britaniyanın daşınmaz əmlak bazarında satışlar dondurulub

Böyük Britaniyanın daşınmaz əmlak bazarında satışlar dondurulub

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının  sürətlə yayılması səbəbindən Böyük Britaniyanın bütün şəhərlərində daşınmaz əmlak satışları dayandırılıb. Daşınmaz əmlak sektoru üzrə ixtisaslaşan “Zoopla” şirkətinin araşdırmasına əsasən, alıcı və satıcı arasında razılaşmanın əldə olunduğu 373 min əmlakın satış prosesi dayandırılıb. Bu isə, ümumilikdə 82 milyard funt sterlinq həcmində tranzaksiyaların həyata keçirilməməsi deməkdir.

23 mart tarixində karantin rejiminin elan edilməsindən bu yana, Böyük Britaniyanın daşınmaz əmlak bazarında mövcud tələb 60% azalıb. Bununla belə, fərqli şəhərlər üzrə tələb həcminin fərqli göstəriciləri müşahidə edilir. Tələbdə ən böyük geriləmə Kardiff (80%) şəhərində, ən aşağı geriləmə isə Nyukasl (48%) şəhərində qeydə alınıb. Ümumilikdə isə, “Zoopla” cari ildə Böyük Britaniyada həyata keçiriləcək daşınmaz əmlak satışlarının 2019-cu ilə nəzərən iki dəfə az olacağını proqnozlaşdırıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.