Home » Azərbaycanın və Rusiyanın ticarət nümayəndələrinin onlayn görüşü keçirilib

Azərbaycanın və Rusiyanın ticarət nümayəndələrinin onlayn görüşü keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun təşəbbüsü ilə Azərbaycan və Rusiyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub.

Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu,  Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev, həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Almaniyadakı ticarət nümayəndəsi  Andrey Sobolev və  Macarıstandakı ticarət nümayəndəsi Pavel İlyin iştirak ediblər.

 Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, təmsil etdikləri ölkələrin biznes maraqlarının qorunmasında ticarət nümayəndəliklərinin rolu, ticarət nümayəndəlikləri ilə sahibkarların ictimai birlikləri arasında əməkdaşlığın inkişafı və s. məsələlər barədə fikir mübadiləsi aparılıb, bu formatda tədbirlərin tərəfdaşlığın gücləndirilməsində önəmi vurğulanıb və onlayn müzakirələrin davam etdiriləcəyi qeyd olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.