Home » Kiçik və orta biznesə korporativ hüquq və kənd təsərrüfatına dair məsləhət xidmətləri göstərilib

Kiçik və orta biznesə korporativ hüquq və kənd təsərrüfatına dair məsləhət xidmətləri göstərilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün “Korporativ hüquq” mövzusunda fərdi məsləhət xidmətləri təşkil edilib.

2 gün davam edən məsləhət xidmətlərindən əsasən Quba, Xaçmaz və Şabran rayonlarından olan sahibkarlar yararlanıblar. KOB-lara biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və digər mövzular üzrə məsləhət xidmətləri göstərilib.

Sahibkarların təsərrüfatlarında keçirilən kənd təsərrüfatı (bitkiçilik) üzrə məsləhət xidmətləri çərçivəsində isə KOB-lar meyvə bağlarında torpağın münbitliyi, yüksək məhsuldarlıq üçün müasir əkin və suvarma sistemlərinin tətbiqi, gübrələrdən istifadə kimi məsələlərlə bağlı peşəkar ekspertlərin məsləhətlərini dinləyiblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.