Home » İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək

İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək

by bbnadm
0 comment 0 views 1 minutes read

Azərbaycan Respublikası Nazirlər Kabineti “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli müvafiq qərar verib.

İyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

Şənbə və bazar günləri Bakıda yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri işləyəcək.

Həmçinin, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərində və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarında müştəri xidmətləri şöbələri və Bakı, Sumqayıt və Cəlilabadda yerləşən “Şəbəkə” xidmət mərkəzləri həftə sonları da xidmət göstərəcək.

Digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri adi iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.