![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən yaradılan Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center – ITC) Azexport portalı ilə bərabər həyata keçirilən layihə barədə məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, COVİD-19 pandemiyası dövründə Azərbaycan sahibkarlarının pandemiyanın təsirlərindən daha az zərərlə çıxması üçün Azexport.az elektron ticarətin yaratdığı imkalardan geniş istifadəyə dair mütəmadi maarifləndirmə işləri həyata keçirib. Bu müddət ərzində ümumilikdə onlayn təşkil olunan 7 təlimlə elektron ticarət və logistika, Amazon elektron ticarət platformasında satıcı hesablarının açılması, məhsulların düzgün nümayiş olunması ilə yanaşı elektron ödənişlər barədə də praktik bilik və bacarıqlar uğurla tədris olunub. Təlim iştirakçılarının da yaradılan bu imkandan razı qaldıqları və təlimlərin praktik istifadə baxımından məhsuldar hesab etdikləri vurğulanıb. Təlimlərdə 100-dən artıq sahibkar iştirak edib.
Qeyd edək ki, ITC Azexport portalı ilə bərabər “Ticarətə hazır ol” (Ready to Trade) layihəsi çərçivəsində sahibkarların Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə yeni təlim və seminarların təşkilini davam etdirir.
Beynəlxalq Ticarət Mərkəzinin saytındakı məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/2XmKhjh