Home » Sahibkarlar üçün Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin faydaları mövzusunda vebinar keçirilmişdir

Sahibkarlar üçün Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin faydaları mövzusunda vebinar keçirilmişdir

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflərdən biri Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaqdır. Bu məqsədlə yaradılmış Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) cari tələblərə mütəmadi olaraq aktuallaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, habelə KOS subyektlərinin DƏYDR-in mahiyyəti barədə maarifləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.


Bu sahədə aparılan işlər çərçivəsində 6 oktyabr 2020-ci il tarixində Mərkəzi Bank və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müvafiq olaraq “DƏYDR-in sahibkarlıq fəaliyyətində rolu” və “KOBİA və KOB Dostu xidmətinin fəaliyyəti” mövzularında vebinar keçirilmişdir. Sahibkarların iştirakı ilə keçirilən görüşdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət prosedurunun asanlığı barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilərək geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda KOS subyektlərinin diqqətinə çatdırıldı ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqların əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilmişdir.


Vebinarda KOBİA tərəfindən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərilən dəstək tədbirləri barədə ətraflı məlumat sahibkarların diqqətinə çatdırıldı. Güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparıldı.


Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.