Home » Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib.
Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Strategiyanın hazırlanması ilə bağlı müvafiq sahə üzrə fəaliyyət istiqamətlərinin və iş planının ilkin layihəsi müzakirə edilib. İşçi Qrupu üzvlərinin təklifləri dinlənilib. 
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2021-ci il tarixli 161S nömrəli Sərəncamına əsasən Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin və iş planının ilkin layihəsinin cari ilin 15 mart tarixinədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.