Home » ABA, 4SİM və ABİF arasında Sənaye 4.0 üzrə strateji tərəfdaşlıq memorandumu imzalanıb

ABA, 4SİM və ABİF arasında Sənaye 4.0 üzrə strateji tərəfdaşlıq memorandumu imzalanıb

by yunus
0 comments 20 views 1 minutes read

11 iyul 2025-ci il, Bakı: Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) ev sahibliyi ilə keçirilən “Sənaye 4.0 Forumu” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) da iştirak edib.

Forum çərçivəsində “Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsinin nəticələri təqdim olunub, eləcə də Sənaye 4.0 Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin əsas hissəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) prezidenti Zakir Nuriyev, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sədrinin müavini Osman Xaliyev arasında Sənaye 4.0 texnologiyalarının tətbiqi və inkişafı istiqamətində strateji tərəfdaşlığa dair memorandum imzalanıb.

Memorandum sənaye və enerji sektorunda ağıllı istehsal, süni intellekt, avtomatlaşdırma və digər innovativ həllərin tətbiqini dəstəkləməyi, həmçinin texnologiya ekosisteminin inkişafına töhfə verməyi nəzərdə tutur.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.