Home » Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib

Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC-ni inzibati məsuliyyətə cəlb edib.

Məlumata görə, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində adıçəkilən şirkətlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunmaması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması halları aşkarlanıb.

Bununla əlaqədar olaraq, “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən hər biri 2000 manat məbləğində cərimə edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.