Home » Azərbaycan Banklar Assosiasiyası ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Azərbaycan Banklar Assosiasiyası ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

by yunus
0 comments 12 views 1 minutes read

11 sentyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) prezidenti cənab Dr. Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti cənab Zakir Nuriyev və icraçı direktoru cənab Yunus Abdulov iştirak ediblər.

Tərəflər BSTDB ilə Azərbaycan bank sektoru arasında əməkdaşlıq imkanlarını, bankların beynəlxalq maliyyə institutları ilə əlaqələrinin genişləndirilməsini və maliyyə sektorunda yeni layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Görüş zamanı Azərbaycan bank sektoru ilə tərəfdaşlığın BSTDB üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb və gələcəkdə birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

Bu görüş, ABA ilə BSTDB arasında əməkdaşlığın dərinləşdirilməsi və yeni maliyyə imkanlarının yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.