23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Onlayn formatda baş tutan yığıncaqda həmçinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2021” adlı tədbiri də baş tutmuşdur.
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.
2021-cu il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:
- “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
- “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
- “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu-III yer
Həmçinin “Fəal ekspert qrupu” nominasiyası üzrə “Kredit işi üzrə” və “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupları mükafatlandırılıb.